Fransa Bəşər Əsədin həbsinə order verdi
    • 15-11-2023, 15:43
    • 339

Fransa Bəşər Əsədin həbsinə order verdi

Fransa məhkəməsi 2013-cü ildə kimyəvi silahdan istifadə ittihamı ilə Suriya prezidenti Bəşər Əsədin həbsinə order verib. 

News24.az xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, kimyəvi silahdan istifadə ilə bağlı ümumilikdə 4 həbs qərarı çıxarılıb. 

Suriya lideri ilə yanaşı, onun Suriya Respublika Qvardiyasının (Suriya hakimiyyətini qorumaq üçün nəzərdə tutulmuş elit hərbi birləşmə) komandiri olan qardaşı Maher Əsəd və agentliyin adlarını açıqlamadığı daha iki general da ittiham edilib.

Onların dördü də insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində iştirakda ittiham olunub.

Dəməşq hələlik Əsədin həbsinə dair orderi şərh etməyib

Ayşən