Bakı sakini Biləsuvarda dəm qazından boğulub
    • 18-02-2024, 22:02
    • 211

Bakı sakini Biləsuvarda dəm qazından boğulub

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

News24.az “Report”a istinadla bildirir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 61 yaşlı Füzuli Əliyev dünən axşam saatlarında kirayə qaldığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.

Onun meyiti bu gün aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.