Dəm qazından zəhərlənən şəxs öldü
    • 8-12-2022, 23:21
    • 260

Dəm qazından zəhərlənən şəxs öldü

Göygöl rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.

Hadisə Mollacəlilli kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Mikayıl Alpaşayev Əşrəf oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /Teleqraf.com/