-
- 19-02-2024, 10:48
- 8 231
Kübra Əliyevadan Aydın Xana XƏBƏRDARLIQ
Əməkdar artist Kübra Əliyeva və yazıçı, kulturoloq Aydın Xan Əbilov arasında efirdə qalmaqal yaşanıb.
News24.az bizim.media-ya istinadən bildirir ki,hadisə ikilinin ekspert qismində iştirak etdiyi "Elgizlə izlə" ictimai-sosial verilişində yaşanıb.
Aktrisa kulturoloqla aralarında baş verən olayı efirdə danışmasa da amma üstü örtülü canlı efirdə qarşı tərəfə xəbərdarlıq edib:
"Mən elə ekspert deyiləm ki, ekspertlərlə mübahisə edim. Sən Aydın Xan mənim yaşımı da, xasiyyətimi də bilirsən, mənliyimi də tanıyırsan. Bilirsən necə anayam, nənəyəm, böyük nənəyəm. Övladlarıma və yaxınlarıma necə bir insan olduğumu da bilirsən. Sözlərinə diqqət elə. Allaha and olsun, yerimdə başqa bir qadın və ekspert olsa səninlə ayrı cür danışar. Həqiqətən də sənin bu sözlərindən çox incidim. Bədənim titrədi...
Bu nə sözlərdir sən deyirsən?
Mən sənin o sözlərinə layiq insan deyiləm. Aydınxan bu sözləri mənə reklam fasiləsində söylədi. Təzə gəlmişdik heş veriliş başlamamışdı. Bu zarafat sözlər də deyil idi və mənə də o sözlərin heç bir adiyyatı yoxdur. Sən mənimlə elə bir zarafat etmə. Siz də xahiş edirəm. Aydın sənin xətrini çox istəyirəm. Sənin o dediyin sözlər bir həftədir ki, içimdə bulanır. Çox pis oldum. Söz elə bir şeydir ki, nə qədər ağzının içindədirsə sənindir, ağzından çıxdısa artıq sənin deyil. Önündə olana o sözlər dəyə bilər. Yaxşı şey deyil. Mən bu qədər bu verilişdəyəm... Bura o qədər insanlar gəlir ki, hansısa bir söz deyib onların xətirlərinə dəymək istəmirəm. Onlara yalnız doğruları söyləyirəm".
Aydın Xan isə diqqətlə K.Əliyevanın sözlərinə qulaq asaraq onu sevdiyini və demiş sözləri zarafat mənasında söylədiyini bildirib.