Azərbaycanda yetkinlik yaşına çatmayan qıza qarşı seksual hərəkətlər - TƏFƏRRÜAT
    • 8-09-2019, 12:02
    • 1 635

Azərbaycanda yetkinlik yaşına çatmayan qıza qarşı seksual hərəkətlər - TƏFƏRRÜAT

Xızı rayonunda yetkinlik yaşına çatmayan şəxsə təcavüz edən şəxsə cinayət işi açılıb.

News24.az xəbər verir ki, Xızı rayon sakini Əvəz Qocayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Əvəz Qocayev rayon ərazisində yetkinlik yaşına çatmayan Səbinə Məmmədovaya (ad və soyad şərtidir - red.) qarşı seksual xarakterli hərəkətlər edib. Zərərçəkmişin şikayəti əsasında Əvəz Qocayev həbs edilib.

Cinayət işi baxılması üçün Xızı rayon Məhkəməsinə göndərilib. Hakim İsgəndər Hacıyevin sədrliyi ilə baş tutan qapalı prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra ifadə verən Əvəz Qocayev özünü qismən təqsirli bilib. O, hadisənin təfərrüatını qapalı iclasda danışıb. Növbəti iclas sentyabrın 9-na təyin olunub.