-
- 19-02-2024, 16:00
- 197
Türkiyədə növbəti dəfə zəlzələ oldu
Türkiyənin Malatyan şəhərinin Doğanşehir rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ saat 12.23-də episentri Doğanşehir olmaqla 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 17,7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Tələfat və dağıntı barədə məlumat yoxdur.
Mehriban Mirzəzadə