-
- 30-01-2024, 11:00
- 173
Çində iki güclü zəlzələ baş veridi
Çində iki zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 6:27-də Qazaxıstanla sərhədə yaxın Sintszyan-Uyğur Muxtar Bölgəsində 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Çinin Aksu qraflığından 125 kilometr qərbdə və Almatıdan 276 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Pekin vaxtı ilə səhər saat 9:44-də 3,9 bal gücündə daha kiçik zəlzələ baş verib. Hadisə Akçi rayonunda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Mehriban Mİrzəzadə