Apple Vision Pro-ya rəqib gəlir
    • 19-02-2024, 16:00
    • 234

Apple Vision Pro-ya rəqib gəlir

Huawei-nin bir müddətdir ki, AR/VR fokuslu eynəklər üzərində işlədiyi bildirilir. Apple Vision Pro-nun istifadəyə verilməsi və onun böyük təsiri ilə layihəyə investisiyalar artıb. Məlum olub ki, Çin istehsalçısı “Apple” ilə birbaşa rəqabət aparacaq, sərfəli qiymətə eynək hazırlayıb.

News24.az xəbər verir ki, Meizu-nun keçmiş marketinq meneceri Li Nan sosial mediada paylaşdığı açıqlamalarda "Huawei Vision"dan danışıb. O, “Huawei Vision” kod adlı VR eynəklərinin daha yüngül və çox ucuz olması ilə seçiləcəyini bildirib.

"Huawei Vision" yalnız 350 qram ağırlığında olacaq. Bu o deməkdir ki, 600 qramlıq Vision Pro-dan demək olar ki, iki dəfə yüngül olacaq. Eynəyin bu dizaynı "Vision Pro" istifadəçilərinə boyun ağrısı şikayətləri ilə kömək edə bilər.

"Huawei" yüksək keyfiyyətli vizual görüntülər təmin etmək üçün "Sony" tərəfindən istehsal edilən 4K mikro-OLED panellərdən istifadə edəcək. Bununla belə, eynəyin başqalarının istifadəçinin göz hərəkətlərini görməsinə imkan verən "Apple EyeSight" kamera sisteminə bənzər funksiyanın olmayacağı bildirilir.

Apple Vision Pro-da M2 və R1 çipləri ilə performansda güzəştə getmir. Huawei-nin "HiSilicon" tərəfindən hazırlanmış öz çiplərindən istifadə edəcəyi gözlənilir. ABŞ sanksiyalarına görə çip istehsalında çətinlik çəkən şirkətin ən yeni çipləri necə hazırlayacağı maraq doğurur.

Qeyd edək ki, Huawei Vision-un Vision Pro-dan xeyli aşağı qiymətə, təxminən 1750 dollara satışa çıxarılacağı deyilir. Bu o deməkdir ki, Apple-ın 3500 dollara satdığı eynək yarı qiymətinə olacaq.

Günel Məlikzadə