-
- 19-02-2024, 16:48
- 182
Stellantis-dən rekord gəlir
Qlobal avtomobil nəhənglərindən biri olan "Stellantis" 2023-cü ildə gəlirini 6% artıraraq rekord səviyyəyə - 189,5 milyard avroya çatıb. Şirkətin xalis mənfəəti isə 11% artaraq 18,6 milyard avroya çatıb.
News24.az xəbər verir ki, Stellantis-in qlobal tam elektrikli (BEV) avtomobil satışları əvvəlki ilə nisbətən %21, aşağı emissiyalı avtomobil (LEV) satışları isə %27 artıb. Şirkət ABŞ-da plug-in hibrid avtomobillərin satışında lider olduğunu bildirib.
Mövzu ilə bağlı açıqlama verən "Stellantis" CEO-su Carlos Tavares, "Əldə etdiyimiz rekord qıran maliyyə nəticələri, sənayemizdə yeni bir qlobal liderə çevrildiyimizin və 2024-cü ildə də güclü qalacağımızın sübutudur" deyib.
Şirkət 2024-cü ildə ümumi bazar artımını və Şimali Amerikada elektrikləşdirməyə keçidi dəstəkləmək üçün 18 əlavə BEV modelini istifadəyə verəcək. Yəni, 2024-cü ilin sonuna qədər 48 modelə çatacaq.
Qeyd edək ki, Hollandiyada yerləşən "Stellantis" 2021-ci ildə "Fiat Chrysler (FCA) qrupu və Peugeot Citroen (PSA)" qrupunun birləşməsi nəticəsində yaranan və 14 markaya sahib olan dünyanın ən böyük avtomobil istehsalçılarından biridir.
Günel Məlikzadə