Xədicə Bağırova faciəvi şəkildə öldü
    • 19-02-2024, 20:13
    • 913

Xədicə Bağırova faciəvi şəkildə öldü

Şərur rayonunda 28 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

News24.az APA-ya istinadən bildirir ki, hadisə rayonunun Dizə kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Xədicə Tağı qızı Bağırova hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Şərur Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.