Ağsuda iki uşaq anası dəm qazından öldü
    • 30-12-2019, 20:48
    • 1 403

Ağsuda iki uşaq anası dəm qazından öldü

Ağsuda qadın dəm qazından zəhərlənərək ölüb.
News24.az xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Hacıyeva Əfsanə Səməd qızı yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək ölüb. Onun cansız cəsədi ailə üzvləri tərəfindən aşkar edilib.
Qeyd edək ki, Ə.Hacıyeva ailəlidir, iki övladı var.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.