Türkiyədə tanınmış vəkil saxlanıldı
    • 19-02-2024, 20:49
    • 249

Türkiyədə tanınmış vəkil saxlanıldı

Türkiyədə tanınmış vəkil Feyza Altun saxlanılıb.

News24.az E-huquq.az-a istinadən xəbər verir ki, onun sosial şəbəkədəki paylaşımına görə saxlanıldığı bildirilir.

Məlumata görə, Beykoz Respublika Prokurorluğu tərəfindən vəkil barəsində sosial şəbəkələrdəki paylaşımlarında ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək ittihamı ilə cinayət işi açılıb. İstintaq çərçivəsində barəsində həbs qərarı çıxarılan Altun polis tərəfindən saxlanılıb.