Əvəz Zeynallı saxlanıldı - Cinayət işi açıldı - YENİLƏNDİ
    • 10-09-2022, 21:42
    • 472

Əvəz Zeynallı saxlanıldı - Cinayət işi açıldı - YENİLƏNDİ

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının saxlanıldığı bildirilir.

News24.az xəbər verir ki, bu barədə ictimai fəal İlkin Rüstəmzadə məlumat yayıb.

O qeyd edib ki, Baş Prokurorluğun əməkdaşları Əvəz Zeynallını saxlayıb və hazırda axtarış üçün onun ofisinə gedirlər.

Eyni zamanda,vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında Baş Prokurorluqdan vəkil olduğu üçün ofisinə axtarışa gəlməklə bağlı ona zəng gəldiyini yazıb.

***

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı barəsində cinayət işi açılıb.

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildiriblər.

Qeyd olunub ki, hazırda istintaq hərəkətləri həyata keçirilir:

"Cinayət işi açılıb. Faktla bağlı araşdırmalar aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.