Ay sonunda üç bürcü şanssızlıq gözləyir - Pul, iş itkisi...
    • 19-02-2024, 21:10
    • 1 456

Ay sonunda üç bürcü şanssızlıq gözləyir - Pul, iş itkisi...

Fevralın son həftəsində bəzi bürclər uğursuzluqlarla üzləşə bilərlər. Astroloqlara görə, bu uğursuzluq daha çox maliyyə məsələləri ilə bağlı ola bilər.

News24.az Metbuat.az-a istinadən xəbər verir ki, astroloqlar ayın sonunda maddi itkiləri daha çox Balıqlar, Şir və Əqrəb bürcü altında doğulan insanlara aid edirlər.

Balıqlar bürcü olan insanlar iş həyatında verəcəkləri qərarlarda ehtiyatlı davranmalıdırlar. Ani qərarsızlıq və plansız atılan addım şanssızlığa səbəb ola bilər. Lakin üzülməyə dəyməz, maddi itkiləriniz kompensasiya edə biləcək qədər olacaq.

Şir bürcü altında doğulanlar ayın sonunda maddi itkilərlə üzləşəcəklər və bu, onların biznes planlarını təxirə salmalarına səbəb ola bilər. Odur ki, bir müddət qənaətcil olmaq, düşünülmüş addımlar atmaq lazımdır.

Əqrəb bürcü altında olan insanlar da ayın sonunda yoxsullaşa bilərlər. İş həyatında gözlənilməz pis xəbərlər eşidə bilərsiniz. İş yerini dəyişmək və ya başladığınız layihəni yarıda qoymaq məcburiyyətində qala bilərsiniz.