Formula 1 Azərbaycan Qran Prisinin bilet satışına start verildi
    • 20-02-2024, 09:28
    • 182

Formula 1 Azərbaycan Qran Prisinin bilet satışına start verildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) fevralın 20-dən etibarən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün “early bird” erkən bilet satışına start verir. Azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq Baku City Circuit mobil tətbiqi üzərindən faydalana biləcəklər. Kampaniya martın 5-dək davam edəcək. 

Qeyd edək ki, bilet əldə edən azarkeşlərə 3 günlük  tribuna biletləri ilə yanaşı Pit zolağı gəzintisi bileti də təqdim edilir. Beləliklə, hər kəs sevimli F1 komandasını, pilotları və onların qarajlarını yaxından izləmək şansı qazanır. 

13-15 sentyabr tarixlərində baş tutacaq Formula 1 Qran Prisinə ölkəmiz 8-ci dəfə ev sahibliyi edəcək. Yarış həftəsində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumat mütəmadi olaraq azarkeşlərin və ictimaiyyətin diqqətinə çatdırılacaq.