“Qarabağ”ın tarixi matçının hakimləri bilindi
    • 20-02-2024, 12:35
    • 178

“Qarabağ”ın tarixi matçının hakimləri bilindi

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Braqa” (Portuqaliya) qarşılaşmasının hakimləri açıqlanıb.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Georgi Kabakov olacaq. Ona Martin Marqaritov, Diyan Valkov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək. VAR hakimləri İvaylo Stoyanov və Draqomir Draqanovdur.

Qeyd edək ki, görüş fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Tərəflər arasında Portuqaliyada keçirilən ilk görüşdə təmsilçimiz 4:2 hesablı qələbə qazanıb.