iPhone 16 Pro və Pro Max-ın rəngləri ortaya çıxdı
    • 20-02-2024, 14:15
    • 235

iPhone 16 Pro və Pro Max-ın rəngləri ortaya çıxdı

Apple-ın bu il təqdim edəcəyi yeni smartfon modelləri iPhone 16 Pro və 16 Pro Max-ın yeni rəng variantları ortaya çıxıb. Bu rənglərdən biri ilk dəfə istifadə olunur. Digəri isə illər öncəsini xatırladır.

News24.az xəbər verir ki, "Apple" bu ilin payızında "iPhone 16" modellərini təqdim edəcək. Bir neçə gündür mümkün kamera dizaynları ilə qarşımıza çıxan "iPhone 16" ailəsi indi rəng seçimlərini ortaya qoyur. 

X-də görünən şəkillər 16 Pro və 16 Pro Max-ın fırçalanmış dizaynını və yeni rənglərini ortaya qoyur. Səhra titanı (səhra sarısı) və titan boz rənglərində olması gözlənilən 16 Pro modelləri "Apple" həvəskarlarını keçmişə qaytarıb. Xatırlayırsınızsa, "iPhone 6" kosmik boz rəngi ilə o dövrün ən çox satılan modelləri arasında idi. O vaxtdan bəri heç bir modelində bu rəngdən istifadə etməyən "Apple" indi "16 Pro" ilə keçmişə qayıdır.

Sarı rəngdən ilk dəfə bu tonda istifadə edən "Apple" bu rənglərlə satışlarını artıracaq. iPhone 11-i tamamilə sarı rəngdə təqdim edən "Apple" şirkəti müsbət rəy almayıb. Daha sonra "Gold" modelləri ilə "iPhone" həvəskarlarının könlünü fəth edən şirkət, "iPhone 16 Pro" modellərində istifadə olunacaq səhra titan rəngi ilə çox danışılacaq.

Günel Məlikzadə