-
- 20-02-2024, 14:30
- 180
Aİ Meta-nın üzvlük sistemini ləğv etdi
Avropa İttifaqı Meta-nın "Facebook və Instagram" platformaları üçün təklif etdiyi reklamsız üzvlük xidmətini yekdilliklə ləğv edib. Bu yaxınlarda verdiyi açıqlamada "Meta" bu xidməti istifadəçilərə daha çox seçim təklif etmək üçün hazırladıqlarını iddia edib.
News24.az xəbər verir ki, Avropa İttifaqı administrasiyası bu təkliflə razılaşmır. Reklamsız üzvlük modelinə qarşı çıxan ilk ölkə olan Avstriya, bu xidmətin istifadəçilərin şəxsi məlumatlarından sui-istifadə etmə potensialına malik olduğunu və silinməli olduğunu iddia edib.
Reklamsız daha yaxşı bir istifadəçi təcrübəsi təqdim etdiyi deyilən sosial media platformalarının reklam göstərmədikləri üçün məlumat toplama fəaliyyətləri ilə əldə etdiklərindən çox daha çox gəlir əldə etdiyi bildirilir.
Aİ nümayəndələri Meta-nın istifadəçiləri “Ya bizə reklam göstərməyə icazə verin, ya da onların şəxsi məlumatlarını toplayacağıq” kimi qəddar bir çıxılmaz vəziyyətə salmasının düzgün olmadığını bildirib.
Qərarın izahat mətnində istifadəçi məlumatlarının kommersiya əmtəəsinə çevrildiyi bildirilib. Həmçinin iddia edilir ki, şirkətin Facebook və Instagram-da nümayiş etdirdiyi reklamlar, istifadəçilərin qərəzli münasibəti də ehtiva edən şəxsi meyllərini gücləndirərək cəmiyyəti qütbləşdirir.
Digər tərəfdən, Meta-nı müdafiə edənlər Avropa Birliyinin qəbul etdiyi bu qərarların azad bazara böyük zərbə vurduğunu bildirirlər. Birliyin yaxın günlərdə digər Amerika texnologiya şirkətləri ilə bağlı da oxşar qərarlar verib-verməyəcəyi maraq doğurur.
Günel Məlikzadə