-
- 21-02-2024, 11:30
- 181
Lavrov Braziliyaya getdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyaya səfər edib.
News24.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Sergey Lavrovun bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri tədbir iştirakçıları qarşısında çıxışında beynəlxalq iqtisadi münasibətlərin hərbiləşdirilməsinə, suverenliyə xələl gətirmək cəhdlərinə və ölkələrin daxili işlərinə müdaxiləyə qarşı çıxış etmək niyyətindədir.
Lavrov həmçinin müzakirə iştirakçılarını BMT Nizamnaməsinin əsas prinsiplərinə əməl etməyə və bütün maraqlı dövlətlərin iştirakı ilə kollektiv qərar qəbul etməyə çağıracaq.
Mehriban Mirzəzadə