Lavrov Azərbaycana səfər edəcək
    • 15-06-2022, 13:31
    • 361

Lavrov Azərbaycana səfər edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, Lavrovun Bakıya işgüzar səfərinin iyunun 23-24-də baş tutacağını söyləyib.