Lavrov Özbəkistana səfər edəcək
    • 27-07-2022, 17:30
    • 377

Lavrov Özbəkistana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah, iyulun 28-də Özbəkistanın paytaxtı Daşkəndə səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

S.Lavrov Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq.

Səfər iki gün davam edəcək.