-
- 31-07-2018, 12:51
- 993
“Qiymət artımı Mingeçevirdəki partlayışla əlaqədar ola bilər” – İDDİA
Tarif Şurasının ictimai nəqliyyatda qiymət artımı ilə bağlı qərarı çox insanları qərarsız qoyub. İlk baxışda az görünən 10 qəpik insanlarda narahatlığa əsas yaradıb.
Əgər, ümumilikdə 1 insanın ictimai nəqliyyatdan istifadəsinin 1 illik xərclərini hesablasaq görərik ki qəpik-quruş dediyimiz pullarla ilin sonunda əməlli-başlı məbləğ toplanır. 1 ayın istirahət günlərini çıxsaq ayda 22, bəzilərimiz isə 26 gün işləyirik. İllik ictimai nəqliyyata əlavə ödəyəcəyimiz məbləğ ümumilikdə 62 manat 40 qəpik edəcək.
Bu hələ gün ərzində yalnız bircə dəfə marşrutdan istifadəyə görə hesabdır.. Vay o insanların halına ki, iki- üç marşurut dəyişir. O zaman aldığımız bu nəticə də ikiyə, üçə qatlanır. Hələ uzaq məsafədən gələnləri, gündəlik məcbur qalaraq taksidən istifadə edənləri demirəm. Üstəlik bizim bazara, dükana,öz işlərimiz üçün şəhərə çıxmağımız da var. Deməli hər şey bununla da bitmir.
Bundan sonra bizi nə gözləyir? Yenə də növbəti səhərimizi hər hansı bir artımla açacağıq?
Başqa hansı sahələrdə artım olacaq? Bu News24.az.-ın suallarını İqdisatçı ekspert Natiq Cəfərli cavablandırır.
N. Cəfərlinin sözlərinə görə, “ Əslində nəqliyyatda artım baş veribsə, bunun digər sahələrə aidiyyatı yoxdur. Amma görünən odur ki ,bu yeni bahalaşma dalğasının, trendinin ilkin işarələridir. Gözləntilər şəxsən məndə belədir ki, ilin sonuna yaxın dizel yanacağıyla da bağlı artım müşahidə oluna bilər. Artıq Azərbaycanda dizel yanacağının istehsalda azalıb. Çünki “92” markalı benzinin buraxılması daha sərfəlidir” – deyə qeyd edib.
N. Cəfərlinin bildirdiyinə görə, kommunal xidmətlərdə də müəyyən qiymət dəyişikliyi ola bilər.
“ Kommunal xidmətlərdə də müəyyən dəyişikliklər olması ehtimalı var. Çünki, Mingeçevirdə baş verən o məlum hadisədən sonra bir çox dövlət məmurları bəyan etdilər ki, ölkədə bütün elektrik sisteminin yenidən qurulması, təhlükəsislik qaydalarına əməl etmək üçün yenidən 100 milyonlarla vəsaitə ehtiyac var. Bu vəsaitində bir hissəsinin qiymət artımı vasitəsi ilə əhalidən alınması baş verə bilər”.
Elvin Nüsrətoğlu