Avropada qaza tələbat 20% azalıb
    • 21-02-2024, 16:15
    • 158

Avropada qaza tələbat 20% azalıb

Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun (IEEFA) verdiyi açıqlamaya görə, Rusiya-Ukrayna müharibəsindən sonrakı 2 ildə Avropada qaza tələbat 20 faiz azalıb.

News24.az xəbər verir ki, ötən il Avropanın qaz istehlakı son 10 ilin ən aşağı səviyyəsinə düşüb. Çünki, ölkələr səmərəlilik tədbirlərinə müraciət edib və bərpa olunan enerji mənbələrindən istifadəni artırıblar. Təbii qaza tələbatın azalmasına əsasən Almaniya, İtaliya və Böyük Britaniya səbəb olub.

Açıqlamada ölkələrin yeni mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturu qurmağa davam etdiyi bildirilib, "2022-ci ilin fevral ayından 8 idxal terminalı fəaliyyətə başlayıb, 2030-cu ilə qədər daha 13 layihənin fəaliyyətə başlaması gözlənilir. Bu, ümumi tutumun olması deməkdir. Avropanın LNG terminallarının sayı 10 ilin sonuna qədər artırılacaq. Bu o deməkdir ki, gözlənilən LNG tələbatı 3 dəfə çox ola bilər".

Günel Məlikzadə