-
- 21-02-2024, 16:57
- 223
"Bu 11,8 milyard əlavə kredit imkanı deməkdir"
Bolat Türk Eximbank-ın Ümraniyedəki yeni baş ofisinin açılışında iştirak edib. İxracatçılara hər zaman dəstək olan Türk Eximbank-ın yeni binasının xeyirli olmasını arzulayan Bolat, yeni binaya keçidin 10 ildə Bankın insan resurslarında 50%-yə yaxın artım demək olduğunu bildirib.
News24.az xəbər verir ki, yeni fəaliyyətlər və böyümə ilə yeni insan resurslarına ehtiyacın ortaya çıxacağını ifadə edən Bolat, binada həyata keçiriləcək yaxşı fəaliyyətlər, maliyyə imkanları ilə güclənəcəyini söylədi.
Türk Eximbank-ın 2023-cü ildə təxminən 42 milyard dollar dəstək verdiyini ifadə edən Bolat, belə davam etdi:
“Bu il 50 milyard dollarlıq dəstək nəzərdə tutulurdu, lakin Xəzinə və Maliyyə Nazirimizin müavini Osman Çelik, bəlkə də planlaşdırmadan, bəlkə də məqsədyönlü şəkildə yaxşı xəbər verdi. Eksimbankın kapitalı son 7 ildə üçüncü dəfə artırıb. Beləliklə, bu gün bir anda iki şad xəbərimiz oldu. Həm gözəl və möhtəşəm yeni qərargah binasına keçid, həm də Eximbank-ın kapitalı 11,8 milyard lirə artırılaraq 35 milyard 700 milyon lirəyə çatdırıldı. Bu 11,8 milyard lirə əlavə kredit imkanı deməkdir".
Günel Məlikzadə