Zelenski açıqladı
    • 22-02-2024, 13:11
    • 118

Zelenski açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın 7 Suxoy (Su) tipli döyüş təyyarəsinin vurulduğunu bildirib.

News24.az xəbər verir ki, Ukrayna prezidenti Zelenski dünən axşam verdiyi açıqlamasında deyib:

“Hərbi Hava Qüvvələrimizə və səmamızı müdafiə edən hər kəsə təşəkkür etmək istəyirəm. Rusiya hərbi təyyarələri ilə bağlı yaxşı nəticələr var. Bir həftə ərzində Rusiyanın 'Su' reaktivləri olan 7 döyüş təyyarəsi vurulub. Bu il ölkəmiz üçün ən mühüm hədəflərdən biri səmanı və ön mövqelərimizi Rusiyanın hava və raket hücumlarına qarşı müdafiə etməkdir".

Yeni təhlükəsizlik razılaşmaları etməyi planlaşdırdıqlarını bildirən Zelenski , “Tərəfdaşlarımızla yeni təhlükəsizlik müqavilələri hazırlayırıq. Bunlar çox vacib müqavilələrdir. Bunlara döyüşçülərimizə yeni müdafiə dəstəyi, dövlətimiz üçün çox xüsusi maliyyə təminatlarıdır. Bura Ukraynanı, dövlətimizi, cəmiyyətimizi daha böyük imkanlara, dünya ilə daha geniş qarşılıqlı əlaqəyə və daha böyük gücə yaxınlaşdıran siyasi əməkdaşlıq daxildir” dedi.

Günel Məlikzadə