Qızıl mədəni çökdü
    • 22-02-2024, 13:24
    • 161

Qızıl mədəni çökdü

Venesuelanın Bolivar əyalətində qeyri-qanuni qızıl mədəninin çöküb.

News24.az xəbər verir ki, səlahiyyətlilər indiyədək insidentdə 30 nəfərin öldüyünü, 100-dən çox adamın isə yerin altında qaldığını bildirib.

Bolivarın Vətəndaş Təhlükəsizliyi Dövlət Katibi Edqar Kolina Reyes mətbuata verdiyi açıqlamada müstəqil komissiyanın bölgəyə getdiyini və hadisə ilə bağlı hərtərəfli araşdırmaya başlanıldığını açıqlayıb.

Axtarış-xilasetmə qrupları helikopterlə qəsəbəyə göndərilib.

Venesuela mətbuatında yer alan xəbərlərdə çökmənin sürüşmə nəticəsində baş verdiyi və yerin altında nə qədər insanın qaldığı dəqiq bilinmədiyi bildirilib.

Qeyd edək ki, Braziliya ilə sərhəddə yerləşən Bolivar dövləti zəngin qızıl, almaz, dəmir, boksit və koltan ehtiyatları ilə tanınır.

Günel Məlikzadə