Casusluq edən 10 şübhəli saxlanılıb
    • 22-02-2024, 14:48
    • 169

Casusluq edən 10 şübhəli saxlanılıb

Türkiyə Daxili İşlər Nazirliyi Türkiyədə casusluq fəaliyyəti çərçivəsində əldə etdikləri məlumatları Fransa və Çin kəşfiyyat orqanlarına ötürdükləri müəyyən edilən 10 şübhəlinin tutulduğunu açıqlayıb.

News24.az nazirlikdən verilən açıqlamaya istinadən xəbər verir ki, özünü cəmiyyətə sözdə fəal, jurnalist kimi təqdim edən Əhməd Katinin Türkiyədəki siyasi partiyalarla əlaqə saxlamağa çalışdığı və Türkiyə tərəfdən qondarma təhdidlər aldığını iddia etdiyi müəyyən edilib. 

Kati ictimaiyyətlə paylaşılmayan məxfi məlumatları, Türkiyədəki suriyalı qaçqınlar və Türkiyənin immiqrasiya siyasətləri ilə bağlı reallığa uyğun olmayan məlumatları gizli şəkildə əldə edib. Türkiyəni Avropada çətin vəziyyətə salacaq yalan məlumat və sənədləri casusluq çərçivəsində Fransa Xarici Kəşfiyyat Xidmətinə ötürdüyü məlum olub.

Günel Məlikzadə