-
- 17-02-2024, 12:55
- 178
Redaktorun KQB agenti olduğu üzə çıxdı
Fransanın məşhur "L'Express" jurnalının baş redaktoru Filip Qrumbax illərdir Fransa cəmiyyətinə sadiq bir şəxsiyyət obrazını canlandırıb. Grumbach Fransanın ən uğurlu jurnallarından birində çalışıb və jurnalistika dünyasının əfsanəvi adlarından biri olub.
News24.az xəbər verir ki, 2003-cü ildə vəfat edəndə Fransanın mədəniyyət naziri Jan Jak Aillaqon deyib ki, Qrumbax "Fransa mediasının ən yaddaqalan və hörmətli simalarından biridir".
Lakin məşhur ad 1981-ci ilə qədər Sovet İttifaqının kəşfiyyat xidməti olan KQB-yə casusluq edib.
L'Express-in redaktorlarından Etienne Girard bildirib ki, keçmiş baş redaktorlar üzərində tərtib etdiyi araşdırma zamanı Qrumbaxın yaxın ətrafı casusluq iddiasını təsdiqləyib.
Qrumbax haqqında “O, heç kəsə hiss etdirmədən Beşinci Respublikada ən böyük sovet casuslarından biri olub” deyərək, Qrumbaxın jurnalda təbliğat aparmadığını vurğulayıb.
O, casusluq fəaliyyətini jurnalın baş redaktoru kimi fəaliyyətindən ayrı saxlamağa diqqət edib. KQB onun şəxsiyyətini əldən verməmək üçün mərkəzçi burjua kimi özünü göstərməyə davam etməsini istəyib.
Qeyd edək ki, 1954-cü ildə Qrumbax L'Express-də onun yaradıcısı Jan-Jak Servan-Şrayber tərəfindən işə götürülüb.
O vaxtdan etibarən Qrumbach 20-ci əsrin Fransanın ən mühüm simalarından bəziləri ilə çiyin-çiyinə olmağa başlayıb.
1960-cı ildə saxta sui-qəsd təşkil etməkdə ittiham olunan o zamankı senator və gələcək prezident Fransua Mitteranın reputasiyasının bərpasına kömək edib.
Günel Məlikzadə