MİT-dən MOSSAD şəbəkəsinə qarşı əməliyyat: İstanbulda 7 casus tutuldu
    • 3-07-2023, 19:49
    • 295

MİT-dən MOSSAD şəbəkəsinə qarşı əməliyyat: İstanbulda 7 casus tutuldu

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İstanbulda kritik əməliyyat keçirib.

News24.az​​​ xəbər verir ki, İsrail Milli Kəşfiyyat Xidməti MOSSAD-da işlədiyi müəyyən edilən 7 nəfər İstanbulda tutulub. Onlardan 2-sinin türk olduğu bildirilir.

Qeyd olunur ki, MİT İstanbul Regional İdarəsinin Əks-Kəşfiyyat bölmələri MOSSAD-ın Türkiyədəki kəşfiyyat fəaliyyətlərini aylarca addım-addım təqib edib.

MOSSAD-ın Türkiyədə yaşayan əcnəbiləri uzaqdan onlayn marşrutlaşdırma texnikasından istifadə edərək izlədiyi müəyyən edilib. Sonra əməliyyat üçün düyməyə basılıb.

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin təşkil etdiyi siyasi və hərbi casusluq əməliyyatında tutulan 7 nəfər dindirilərkən MOSSAD-a işlədiklərini etiraf edib.

MİT-in əldə etdiyi məlumata görə, MOSSAD kəşfiyyat və izləmə qabiliyyətinə malik şəxsləri xüsusi olaraq seçərək xaricdə öyrədib. MİT, həmçinin MOSSAD-ın kəşfiyyat məlumatı toplamaq və SİHA-larla əməliyyatın keçiriləcəyi yerləri müəyyən etmək üçün İstanbulda cəlb etdiyi ərəbəsilli casusları ilk növbədə Livan və Suriyaya göndərdiyini müəyyən edib.