Gənc sərhədçilər and içdi - VİDEO
    • 22-02-2024, 15:39
    • 136

Gənc sərhədçilər and içdi - VİDEO

Fevral ayının 21-də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə News24.az-a Xidmətdən məlumat verilib.

Mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin döyüş bayrağı sıra meydanına gətirilib.

Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin andiçmə mərasimində ölkəmizin yeni müasir inkişaf mərhələsində vüsətli tərəqqisi üçün qarşıya qoyduğu önəmli vəzifələrdən biri kimi dövlət sərhədlərimizin daha da güclü qorunmasının vacibliyi şəxsi heyətin diqqətinə çatdırılıb.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət andı içərək dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.

Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb.