Bakıda 23 yaşlı oğlan bıçaqlandı
    • 5-05-2024, 22:49
    • 577

Bakıda 23 yaşlı oğlan bıçaqlandı


Bakının Xətai rayonunda dava zamanı 23 yaşlı oğlan bıçaqlanıb.

News24.az apa-ya istinadən xəbər verir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb.

Küçədə qeydə alınan dava zamanı 2001-ci il təvəllüdlü Quliyev Zaur Zülfi oğlu bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.