"Xiaomi 14 Ultra" təqdim edildi
    • 22-02-2024, 18:25
    • 215

"Xiaomi 14 Ultra" təqdim edildi

"Xiaomi" nəhayət ki, çoxdan gözlənilən Android flaqmanı Xiaomi 14 Ultra-nı təqdim edib. Markanın vətəni Çində istehlakçılara təqdim edilən model smartfon bazarında böyük marağa səbəb olub. 

News24.az xəbər verir ki, "Xiaomi 14 Ultra" modeli 6,73 düymlük 2K AMOLED ekrana malikdir. QHD + (3200 x 1440 piksel) təsvir ölçüsünə malik bu ekran 120 Hz yeniləmə sürəti ilə dəstəklənir. Bununla belə, o, 3000 nit pik parlaqlıq təklif etsə də, o, HDR10 +, HDR Vivid və Dolby Vision texnologiyalarını ehtiva edir.

Qeyd edək ki, cihaz Qualcomm tərəfindən istehsal edilən Snapdragon 8 Gen 3 prosessoru ilə təchiz edilib.

Günel Məlikzadə