-
- 22-02-2024, 21:45
- 327
Bu dəfə üzündə plastik əməliyyat etdirəcək
Bu dəfə üzündə plastik əməliyyat etdirəcəkƏməkdar artist Mətanət İsgəndərli üzündə plastik əməliyyat etdirəcək.
News24.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni bu haqda "Xəzər axşamı" proqramında deyib. O bildirib ki, gələn ay bıçaq altına yatmağa hazırlaşsa da, işləri buna mane olub:
"Düşündüm ki, Ramazan ayı yaxınlaşır. Martda üzümdə plastik əməliyyat etdirəcəyəm. Amma sonra xaricdə konsert məsələsi çıxdı, plan təxirə düşdü. İndi qərar vermişəm, yayda Məhərrəmlik ayında üzümdə plastik əməliyyat etdirəcəyəm".
Mədəkiçiltmə əməliyyatı etdirən ifaçı "45 kiloqram çəki atmışam. İndi az-az və tez-tez yeyirəm" sözlərini əlavə edib.