DİN dəniz kənarında cəsədi tapılan qadınla bağlı MÜRACİƏT ETDİ - FOTO
    • 19-04-2019, 14:04
    • 1 148

DİN dəniz kənarında cəsədi tapılan qadınla bağlı MÜRACİƏT ETDİ - FOTO

Aprelin 17-si Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, meyitin boyu 159-santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır. Ağız boşluğunda alt və üst çənəsinin hər birində 4 ədəd sarı metaldan hazırlanan dişləri var. Meyit tapılan zaman əynində idman üslübunda tikilən qara şalvar, qara uzunboğaz yün köynək, ayağında qırmızı rəngli ayaqqabı olub.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (012) 433-38-02, (012) 433-38-12, həmçinin 050-200-58-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.