"Böyük bələdiyyələr yaradılacaq" - Siyavuş Novruzov
    • 23-02-2024, 13:10
    • 145

"Böyük bələdiyyələr yaradılacaq" - Siyavuş Novruzov

Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub.

News24.az xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanunverici orqanın bu gün keçirilən plenar iclasında deyib.

O, vurğulayıb ki, komitənin müzakirəsinə bələdiyyələrin problemlərinin həlli ilə bağlı layihələr təqdim olunub:

"Bunlar: “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, həm də “Bələdiyyələrin statusu haqqında” qanun layihələridir.  Sənəd qəbul olunarsa, əhalisinin sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.

Fərid Azəri