“Türk Eskobar”ın qrupuna zərbə 20 milyard lirəlik sərvət
    • 23-02-2024, 14:48
    • 119

“Türk Eskobar”ın qrupuna zərbə 20 milyard lirəlik sərvət

“Türk Eskobarı” kimi tanınan Ürfi Çetinkayanın rəhbərlik etdiyi cinayət təşkilatına qarşı keçirilən əməliyyatda çoxlu silah və qızıl dəstlərin ələ keçirildiyi görülüb. 

News24.az xəbər verir ki, İstanbul Polisi Narkotik Suçlarla Mübarizə Şöbə Müdirliyi qrupları həbsxanada Ürfi Çetinkayanın rəhbərlik etdiyi cinayət təşkilatına qarşı əməliyyat keçirib.

Cinayət təşkilatı təqribən 13 tonu Almaniya, Bolqarıstan, İspaniya, Mavritaniya, Portuqaliya və Yunanıstanda, 24 tonu isə Türkiyədə ələ keçirilmiş olmaqla ümumilikdə 37 ton narkotikdən məsul olduqları müəyyən edilib.

Şübhəlilər ətrafdakı şəxslərlə birlikdə öz gəmiləri, bəzi ticarət konteynerləri və balıqçı qayıqları ilə beynəlxalq narkotik daşımaları həyata keçirib, əldə etdikləri gəlirləri hawala üsulu ilə qeydiyyatsız, gizli kupeli nəqliyyat vasitələrində və kuryerlər vasitəsilə Türkiyəyə gətiriblər. Onların qurduqları və idarə etdikləri valyutadəyişmə məntəqələri, şirkətlər vasitəsilə çirkli pulları özlərinə yaxın şəxslər, o cümlədən həyat yoldaşları, övladları, yaxın qohumları vasitəsilə yuduğu müəyyən edilib.

Qeyd edək ki, təxminən 2 illik iş prosesində MASAK, Gömrük, SGK və Vergi Təftiş heyəti Müfəttişləri ilə koordinasiyalı olaraq; 11 ölkə ilə əməkdaşlıq qurulub: Almaniya, Albaniya, Avstriya, BƏƏ, Belçika, Bolqarıstan, Hollandiya, İspaniya, İtaliya, Pakistan və Yunanıstan. Əməkdaşlıq nəticəsində cinayətkar təşkilata qarşı əməliyyat təşkil edilib.

Əməliyyat zamanı aralarında Ürfi Çetinkayanın oğulları Rüstem Çetinkaya və Hakan Çetinkayanın da olduğu 44 nəfər tutularaq saxlanılıb.

Günel Məlikzadə