Neft quyusunda partlayış: - ÖLƏN VAR

Neft quyusunda partlayış: - ÖLƏN VAR Dünya

Türkiyənin Diyarbakır şəhərində neft quyusunda partlayış olub.

News24.az “HaberGlobal”a istinadən xəbər verir ki, hadisə qazma işləri zamanı baş verib.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Partlayışa səbəb kimi həddən artıq qaz yığılması göstərilir.

Məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb. Nəticədə daha 3 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırma başladılıb.