Xalq artistinin müğənni arvadı ÖYÜNDÜ:
    • 23-02-2024, 20:12
    • 330

Xalq artistinin müğənni arvadı ÖYÜNDÜ: "Bunları etmədiyimə görə..." – VİDEO

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebko xarici görünüşü ilə bağlı müzakirə yaradacaq açıqlama verib. 

News24.az bizim.media-ya istinadən bildirir ki, isti ölkələrin birində istirahətin "dadını" çıxaran sənətçi bildirib ki, heç zaman kosmetoloqa getməyib. 

Bu haqda isə Anna günəşlənərkən çəkib sosial şəbəkə hesabında paylaşdığı videoda danışıb. 

"Üzümlə, ümumiyyətlə heç bir şey etmirəm. Heç vaxt kosmetoloq yanına getməmişəm. Heç bir kosmetoloji maskalar da etmirəm. Heç nə... Günəşlənərkən belə heç bir günəş şüalarından qorunan kremlərdən də istifadə etmirəm. Heç bir şeylər etmirəm. Çox xoşbəxtəm", - deyə Anna vurğulayıb.