-
- 23-02-2024, 18:43
- 232
Mançester Yunayted üçün pis xəbər
"Mançester Yunayted "in futbolçusu Rasmus Hojlund zədə səbəbindən bir müddət meydandan uzaq qalacaq.
News24.az xəbər verir ki, klubdan verilən açıqlamaya görə, əzələ zədəsi diaqnozu qoyulan 21 yaşlı danimarkalı hücumçu 2-3 həftə oynaya bilməyəcək.
Bu mövsüm Mançester komandasının heyətində 30 matçda iştirak edən Hojlundun aktivində 13 qol var.
Mançester Yunaytedin baş məşqçisi Erik ten Hag Premyer Liqada sabah keçiriləcək Fulham matçı öncəsi açıqlama verib.
Hoylundun zədəsindən danışan hollandiyalı məşqçi gənc hücumçunun vəziyyətinin ciddi olmadığını bildirib.
Qeyd edək ki, "Mançester Yunayted" sabah Premyer Liqada "Fulhem"lə qarşılaşacaq. Matç saat 19:00-da başlayacaq.
Günel Məlikzadə