“Mançester Yunayted” 3 xalı 3 qolla qazandı - VİDEO
    • 3-05-2022, 01:27
    • 331

“Mançester Yunayted” 3 xalı 3 qolla qazandı - VİDEO

İngiltərə Premyer Liqasında 35-ci tura “Mançester Yunayted” – “Brentford” matçı ilə yekun vurulub.

Mankunianların 37 yaşlı hücumçusu Kriştianu Ronaldu bu dəfə də fərqlənməyi bacarıb.

Onun 45-ci dəqiqədəki ilk qolu ofsayd səbəbindən VAR sayəsində ləğv edilsə də, 61-ci dəqiqədəki penalti vuruşu hesaba alınıb.

Bü mövsüm Premyer Liqada 18 qolun müəllifi olan portuqaliyalı yalnız Salah və Sondan geri qalır.

Oyuna gəlincə, ev sahiblərinin üstünlüyü ilə keçən qarşılaşmada yekun nəticə 3:0 olub.