Kripto pullara ciddi nəzarət ediləcək
    • 24-02-2024, 09:53
    • 119

Kripto pullara ciddi nəzarət ediləcək

Türkiyədə kripto aktivlər müəyyən ediləcək və əməliyyat vergisi toplanacaq. Audit qabiliyyəti və şəffaflıq təmin ediləcək.

News24.az xəbər verir ki, kriptovalyuta bazarının qanuni əsasda yerləşdirilməsi üçün hazırlıqlar sona çatıb.

Qeyd edək ki, tənzimləmə ilə kriptovalyutaların müəyyən həddi aşan mənfəətindən əməliyyat vergisinin tutulması planlaşdırılır. Bu kripto pullarla çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi daşıyır.

Türkiyə İqtisadiyyat Koordinasiya Şurasından sonra keçirilən iclaslarda kripto sektoru ilə bağlı araşdırma da gündəmə gətirilib.

Günel Məlikzadə