Kriptovalyuta birjalarına giriş qadağan edildi
    • 22-02-2024, 17:25
    • 214

Kriptovalyuta birjalarına giriş qadağan edildi

Nigeriya Mərkəzi Bankı və Nigeriya Rabitə Müdirliyi telekommunikasiya şirkətlərinə bütün kriptovalyuta saytlarına girişi dayandırmağı tapşırıb.

News24.az xəbər verir ki, qeyri-qanuni pul köçürmələrini və yerli valyuta olan nairanın dəyərdən düşməsini dayandırmağa çalışan hökumət tətbiqlər vasitəsilə girişi də məhdudlaşdırıb.

Qeyd edək ki, Afrikanın ən çox- 220 milyon əhaliyə malik ölkəsi Nigeriyada yerli valyutanın dollar qarşısında məzənnəsi tarixin ən aşağı səviyyəsindədir.

Zəngin neft, təbii qaz ehtiyatlarına sahib olan Nigeriya iqtisadiyyatı, gəlir bərabərsizliyi, Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlərdən mənfi təsirlənir.

Ölkələrində iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya qaçmağa çalışırlar.

Günel Məlikzadə