Türkiyəyə göndərilən ianələri belə oğurlayırlar
    • 14-02-2023, 11:53
    • 186

Türkiyəyə göndərilən ianələri belə oğurlayırlar

Türkiyədə episentri Kahramanmaraş olan zəlzələnin yaratdığı fəlakət bütün dünyada əks-səda doğurub. Bu hadisə ilə paralel olaraq zəlzələdən şəxsi mənfəətləri üçün istifadə edənlərin də sayı artıb. Beynəlxalq yardım üçün fırıldaqçılıq halları dünya mətbuatının gündəminə çevrilib.

News24.az BBC-ə istinadla xəbər verir ki, internetdə bəzi qruplar “Türkiyə və Suriyaya ianə edin” çağırışı ilə beynəlxalq ianələri öz hesablarına köçürürlər.

Fırıldaqçılar real fondlara köçürülən pulları videolarda yerləşdirdikləri ianə keçidləri ilə “PayPal” və ya kripto hesablarına transfer edirlər.

Məlumatda qeyd olunub ki, bəzi şəxslər canlı yayınlarda Türkiyəyə yardım adı altında ianələr toplayırlar. Türkiyəyə aid olduğu deyilən görüntülərin fərqli ərazilər olması diqqət çəkir. BBC-yə danışan “TikTok” rəsmisi Türkiyədəki zəlzələ fəlakətindən saxta pul qazananların qarşısını almaq üçün platforma üzərində operativ çalışdıqlarını qeyd edib.