71 qeyri-qanuni mühacir tutuldu
    • 24-02-2024, 10:14
    • 117

71 qeyri-qanuni mühacir tutuldu

Türkiyə Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, rayon sahillərində fəaliyyət göstərən Sahil Mühafizəsi Səyyar Radarları müxtəlif vaxtlarda rezin qayıqlarda qeyri-qanuni mühacirləri təsbit edib və Sahil Mühafizəsinin qayıqları bölgələrə istiqamətləndirilib.

News24.az xəbər verir ki, komandalar üç rezin qayıqda uşaqlar da daxil olmaqla Muğlanın Bodrum mahalı sahillərində 71 qeyri-qanuni mühacir tutulub.

Qayıqlarda immiqrant qaçaqmalçısı olduğu düşünülən 5 şübhəli Türkiyə Sahil Təhlükəsizlik və Jandarma qrupları tərəfindən saxlanılıb.

Tutulan qeyri-qanuni immiqrantlar əməliyyatlardan sonra İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

Günel Məlikzadə