Türkiyə sahillərində 42 miqrant xilas edildi
    • 28-08-2023, 01:48
    • 171

Türkiyə sahillərində 42 miqrant xilas edildi

Bodrum sahillərində Yunanıstan tərəfindən rezin qayıqlarla yenidən Türkiyə ərazi sularına buraxılan qeyri-qanuni miqrantlar xilas edilib.

News24.az Axar.az-a istinadən xəbər verir ki, Sahil Mühafizə İdarəsinin qrupları Bodrum rayonunda 2 rezin qayıqda olan 42 qeyri-qanuni miqrantı xilas edib.

Qeyri-qanuni miqrantlar rayon miqrasiya idarəsinə təhvil verilib.