Tarix yazacaq transfer haqqı
    • 24-02-2024, 14:26
    • 134

Tarix yazacaq transfer haqqı

"Yuventus"un Kənan Yıldız üçün istədiyi transfer qiyməti məlum olub. Kənan Yıldız “ən çox maaş alan türk futbolçu” kimi tarixə düşə bilər.

News24.az xəbər verir ki, "Yuventus"da çıxış edən 18 yaşlı Kənan Yıldız bu mövsüm göstərdiyi performansla Avropa nəhənglərini arxasınca sürükləyir.

İtaliya mətbuatında "Yuventus"un Kənan Yıldızı qısa müddətdə satmaq fikrində olmadığı bildirilir. Digər tərəfdən, Tuttosport-un xəbərinə görə, "Yuventus" Kənan Yıldızın transfer qiymətini müəyyən edib. Buna uyğun olaraq, İtaliya nəhəngi milli futbolçumuzdan ən azı 80 milyon avro gəlir gözləyir.

Kənan Yıldızın transferi sözügedən rəqəmə çatarsa, milli futbolçu "ən çox transfer qazanan türk futbolçu" kimi tarixə düşəcək.

Xatırladaq ki, bu sahədə rekord 34 milyon avro ilə Arda Turana məxsusdur. "Barselona" hazırda "Eyüpspor"un məşqçisi olan Arda Turanı 2015-16 mövsümünün əvvəlində 34 milyon avroya "Atletiko Madrid"dən transfer edib.

Günel Məlikzadə