Azərbaycanlı idmançı Gürcüstanda baş məşqçi təyin edildi
    • 24-02-2024, 23:30
    • 233

Azərbaycanlı idmançı Gürcüstanda baş məşqçi təyin edildi


Azərbaycanlı idmançı Gürcüstan Tayboksinq və Kikboksinq Milli Federasiyasının Kvemo Kartli bölgəsi üzrə baş məşqçisi təyin edilib.

News24.az Report-a istinadla xəbər verir ki, qurumun prezidenti Qoça Cavaxia bu vəzifəyə “Qaracalar” İdman Klubunun rəhbəri İsfahan Əliyevi gətirib.

Qeyd edək ki, İ.Əliyev 2015-ci ildən federasiyada həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərir