"Azərbaycan xanımları bizə necə dözürlər"
    • 25-02-2024, 10:37
    • 464

"Azərbaycan xanımları bizə necə dözürlər"


Meyxanaçı Balaəli Maştağalı ATV-də yayımlanan "Rəngarəng verilişinin qonağı olub.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, söz ustasının Azərbaycan xanımları barədə dedikləri diqqət çəkib.

Onlara həsəd apardığını deyən sənətçi maraqlı etiraf edib:

"Neçə illərdir bu sənətdəyik. Evə gec gəlməyimizi anamız da, ailəmiz də qəbul edir, çox qısqanclıq etmirlər. Gecə 4-də gəlsək, yeməyimizi hazır edirlər".