-
- 25-02-2024, 16:59
- 251
DİN tədbirləri davam etdirir: Vətəndaşlardan silahlar təhvil alındı
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilmiş profilaktiki tədbirlər nəticəsində rayon sakinləri müvafiq icra hakimiyyəti orqanından icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.