-
- 25-02-2024, 22:55
- 339
Silahla oynayan 9 yaşlı uşaq əmisini VURDU
Türkiyənin Konya şəhərində atasının təmizləyib stolun üzərinə qoyduğu tapança ilə oynayan 9 yaşlı uşaq tətiyə səhvən toxunması nəticəsində əmisini vurub.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, sinəsindən xəsarət alan 47 yaşlı İzzət U.-nun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerli vaxtla saat 15.30 radələrində Karatay rayonu, Sultan Məsut qəsəbəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş verib.
Uşaq və atası ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.
Hadisə ilə bağlı istintaq davam edir.